Yəməndə zirehli maşınlarla insanların üzərindən keçdilər

Yəmən müharibəsi zamanı lentə alınan və sosial şəbəkələrdə yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi Ədən hökuməti qüvvələrinin Qırmızı dəniz sahilində zirehli maşınlarla yüngül silahlı və ya silahsız Husi Ənsarullah döyüşçülərinin üzərindən keçməsi qəbuledilməzdir.
Kənan Rövşənoğlunun sözlərinə görə, bu cür davranış nə müharibə qaydalarına, nə də müsəlman əxlaqına uyğundur.
“Videoda avtomobildə olan şəxslər gülür və bundan əyləncə kimi zövq alırdı. Bu görüntülər mənə 10-12 il əvvəl İraqı xatırlatdı. İŞİD Bağdad yolunda döyüşdə öldürülmüş İraq əsgərlərinin cəsədlərini asfalta düzərək üzərindən zirehli maşın sürürdü”, – deyə jurnalist qeyd edib.
Kənan Rövşənoğlu hesab edir ki, düşmənin cəsədinə qarşı bu cür rəftarın arxasında rəqibdə qorxu və dəhşət yaratmaq, eləcə də öldürülmüş düşmənin cəsədini təhqir etməklə qisas almaq düşüncəsi dayanır.
“Eyni hərəkət, bədəvi zehniyyəti. Düşməndə qorxu və dəhşət yaratmaq, rəqibin cəsədini təhqir etməklə qisas almaq. Bunlar İslam deyil, sırf vəhşi bədəvi ənənələridir”, – deyə Kənan Rövşənoğlu vurğulayıb.
Jurnalistin fikrincə, hətta İslamdan əvvəlki ərəb cəmiyyətlərində də düşmənə müəyyən hörmət göstərilməsi, məğlub olmuş və ya öldürülmüş rəqibin cəsədinə ehtiramla yanaşılması ənənələri mövcud olub.
Kənan Rövşənoğlu belə qəddar hərəkətlərin müharibənin taleyini həll etmədiyini də bildirib.
“Belə qəddar hərəkətlər döyüşün taleyini həll etmir. Cəbhədə kim nizamlı, əzmkardırsa, o qalib gəlir”, – deyə o əlavə edib. (eramedia)
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












