Yenə ağır qəzalar baş verə bilər: Bəzi dəmiryolu keçidlərində işıqforlar düzgün işləmir - VİDEO

İki gün əvvəl Xəzər rayonu, Binə qəsəbəsində baş verən 160 saylı xətt avtobusunun qatarla toqquşmasının səbələrindən biri kimi keçiddə şlaqbaumun bağlı olmaması ilə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məlumatlar yayılmışdı. Avtosfer.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bununla bağlı yeni görüntü yayıb. Videogörüntüdən aydın olur ki, dəmiryolu keçidində şlaqbaum bağlı olduğundan yolda olan avtomobillər dayanıblar. Ancaq buna baxmayaraq avtobusun sürücüsü nə digər avtomobillərin dayanmasına, nə də ki, şlaqbaumun bağlı olmasına məhəl qoymur, hərəkət edərək qatarın qarşısına çıxır və dəhşətli qəza baş verir. Ancaq müşahidələr zamanı məlum oldu ki, bu kimi hadisələr digər dəmiryolu keçidlərində də yaşana bilər. Məsələn, Nərimanov rayonu, Keşlə qəsəbəsində... Ərazidə olan dəmiryolu xətti bütün avadanlıqlarla təchiz olunmasına baxmayaraq, işıqforların düzgün işləməməsi qəza ehtimalını artırır. Dəmiryolu keçidinin növbətçisi Arif Bayramov işıqforun düzgün işləməməsinin səbəblərini belə izah edib. Eyni vəziyyət Nizami rayonu ərazisində yerləşən Bakı Neft Emalı zavodunun qarşısındakı dəmiryolu keçidində də yaşanır. Belə vəziyyətdə sürücülər işıqforun qadağanedici siqanalına bir müddət məhəl qoyduqdan sonra hərəkətə başlayırlar ki, bu da sonradan onların həyatını təhlükəyə atır. Yəni işıqforun siqanlları qaydaya uyğun işləmədiyindən sürücülər çaş-baş qalırlar. Yol hərəkəti haqqında qanunda isə qeyd olunur ki, dəmiryolu keçidlərinə qatar yaxınlaşmadığı halda, işıqforlar ya sönməlidir, ya da ağ işığı yanmalıdır. Ancaq çəkiliş apardığımız hər iki ünvanda bunun əksini gördük. Qeyd edək ki, Binə qəsəbəsində baş verən qəza nəticəsində 2 nəfər ölüb, ümumilikdə 42 nəfər isə xəsarət alıb.
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək










