Yeni aeroportundan Bakıya ilk təyyarə uçdu

İstanbulun yeni hava limanından Bakıya ilk reys baş tutub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Bakıya gələn ilk təyyarə yerli vaxtla saat 09:30-da havaya qalxıb. Bu gündən etibarən həmin aeroportdan Bakıya hər gün bir reys yerinə yetiriləcək. Qeyd edək, İstanbulun 3-cü hava limanı oktyabrın 29-da açılıb. Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək. Xatırladaq ki, İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub. Bundan əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən Trend-ə bildirilmişdi ki, aeroportun tikintisinə 10 milyard türk lirəsi xərclənib. İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












