Yeni ayın havası - Meteohəssas insanların diqqətinə!

Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq.
Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Fidan
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK










