Yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO

Bakıda vətəndaşlara yarım milyon manata yaxın ziyan vuran qadın tutulub. Avtosfer.az xəbər verir ki, dələduzluqda şübhəli bilinən gənc xanım sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. O, bu vasitə ilə 30-dan çox insanın pulunu mənimsəyib. Sosial şəbəkə vasitəsi ilə vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub. Həmin şəxsin insanlara 500 min manata yaxın ziyan vurduğu bildirilir. Neftçala sakini Fəxrəndə Səfərovanı Yasamal rayon polisidarəsinin əməliyyatçıları çoxsaylı şikayət əsasında tutublar. Məlum olub ki, gənc qadın ''instagram'' sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün ''İnşaatçılar'' metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq, özünə şərik axtardığını bildirib. Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb. İşin istintaqını aparan müstəntiq Cavid Əhmədovun sözlərinə görə, Fəxrəndə Səfərova təxminən 35 nəfərə qarşı 480 min manatdan çox ziyan vurub.Amma polis zərərçəkənlərin artacağını da istisina etmir. Faktla bağlı cinayətə işi başlanıb, istintaq davam edir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












