Yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq - VİDEO

İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb. Plastik tullantınlardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Umayra Tağıyeva vurğulayıb ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur. Bu məqsədlə yaxın dövrdən etibarən polietilen torbalardan istifadə müxtəlif üsullarlarla məhdudlaşdırılacaq. Umayra Tağıyeva qeyd edib ki, kiçik polietilen torbaların marketlərdə ödənişli olması nəzərdə tutulub. Onun sözlərinə görə, bu qaydanın tətbiq edildiyi ölkələrdə polietilen torbalardan istifadə xeyli azalıb. Sakinlər də bu torbaların ziyanlı olması barədə məlumatlı olduqlarını, sadəcə məcbur qaldıqlarına görə istifadə etdiklərini deyirlər. Məhdudlaşdırıcı tədbirlərin davamı olaraq yaxın zamanda ölkədə birdəfəlik istifadə olunan ən kiçik plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












