Yeni İstanbul aeroportundan Bakıya gün ərzində 1 uçuş həyata keçiriləcək

Yeni İstanbul aeroportundan Bakıya gün ərzində 1 uçuş həyata keçiriləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə bunu, "Türk Hava Yolları" aviaşirkətinin satış direktoru Harun Baştürk deyib. H.Baştürkün sözlərinə görə, yeni hava limanı ilə bərabər həftə ərzində İstanbuldan Bakıya ümumilikdə 38 uçuş həyata keçiriləcək: “Bu gündən etibarən Atatürk hava limanından hər gün 4, yeni aeroportdan 1, Sabiha Gökçen hava limanından isə həftə ərzində 3 dəfə olmaqla Bakıya İstanbuldan uçuşlar baş tutacaq. Hələlik uçuşlar bu şəkildə həyata keçiriləcək”. H.Baştürk yeni hava limanından Bakıya olan aviabiletin qiymətini də açıqlayıb: “Yeni İstanbul aroportundan olan uçuşun qiyməti digər hava limanlarından ucuz başa gələcək. Bakıya hər iki istiqamətə aviabiletin qiyməti 109 avrodur”.
Satış direktoru bildirib ki, bu gün baş tutan ilk reysdə Bakıya uçan təyyarənin 90%-i sərnişinlə dolu olub. Ümumilikdə "Türk Hava Yolları" Türkiyə ilə Azərbaycan arasında indiyədək 340 min sərnişin daşıyıb. H.Baştürkün sözlərinə görə, bu ilin sonuna qədər sərnişinlərin sayının 400 minə çatdırılması planlaşdırılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












