Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində "Boston Consulting Group" (BCG) və Birminqem Universiteti ilə birgə dövlət idarəçiliyində süni intellektin tətbiqinə həsr olunmuş praktik seminar təşkil edib.
Avtosfer.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) keçirilən tədbirdə rəqəmsal transformasiya istiqamətinə cavabdeh olan dövlət qurumları və tabeli təşkilatların rəhbər müavinləri, o cümlədən nazir müavinləri, agentlik sədrinin müavinləri və digər dövlət qurumlarının rəhbər müavinləri iştirak ediblər.
Seminarın əsas məqsədi dövlət idarəçiliyində süni intellektdən istifadə üzrə strateji yanaşmaların formalaşdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də dövlət idarəçiliyinin səmərəliliyinin artırılması məqsədilə agent əsaslı süni intellekt həllərinin məsuliyyətli tətbiqi olub.
İştirakçılara süni intellekt texnologiyalarının əsasları, agent əsaslı süni intellekt sistemlərinin imkanları, onların dövlət sektorunda tətbiqi nümunələri, həmçinin süni intellektin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasındakı rolu barədə təqdimatlar keçirilib.
Praktik sessiyalar zamanı iştirakçılar agent əsaslı süni intellekt həllərindən istifadə bacarıqlarını inkişaf etdirib, dövlət idarəçiliyində süni intellektin tətbiqinin yaratdığı imkanlar və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, dövlət sektorunda süni intellektdən istifadəyə dair beynəlxalq təcrübə, dövlət qurumlarının süni intellektə hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəqəmsal transformasiya strategiyalarının hazırlanmasının əsas istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planın" əsas istiqamətlərindən biri dövlət idarəçiliyində rəqəmsal transformasiya və müasir texnologiyaların tətbiqi sahəsində rəhbər vəzifəli şəxslərin bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə seminar çərçivəsində süni intellektin normayaratma prosesində tətbiqi, eləcə də daha effektiv idarəetmə qərarlarının hazırlanmasında istifadəsinə dair yanaşmalar da təqdim olunub.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT























