Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS

Yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının yenidən artacağı gözlənilir. Məktəblərin fəaliyyətə başlaması, səhər saatlarında yollarda avtomobillərin sayının artması və valideynlərin uşaqları şəxsi nəqliyyat vasitələri ilə məktəbə aparması paytaxt yollarına əlavə yük yarada bilər. Xüsusilə məktəblərin ətrafında yaranan sıxlıq ümumi nəqliyyat axınına da təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, məktəblərin qarşısında avtomobillərin düzgün park edilməməsi və dayanma-durma qaydalarının pozulması da nəqliyyat sıxlığını artıran amillər sırasındadır. Bəs sentyabrın başlaması ilə Bakıda tıxaclar nə dərəcədə arta bilər, məktəb ətrafındakı parklanma necə tənzimlənməlidir və valideynlərin uşaqları şəxsi avtomobillərlə məktəbə aparması sıxlığın əsas səbəblərindən birinə çevrilə bilərmi?
Mövzu ilə bağlı qəza əleyhinə kurs məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi, sentyabr ayında tıxac artacaq:

"Amma bu dəfə tıxac daha çox arta bilər. Çünki eyni zamanda bir neçə əsas yol, mərkəzi yollar və ara küçələr təmir olunur. Əvvəlki illərdə alternativ yollardan istifadə edirdiksə, bu dəfə məsələ bir qədər qəlizləşir. Yəni alternativ yollar da azalıb. Ona görə də valideynlərin uşaqları avtomobillə məktəbə aparması, xüsusilə dərs ilinin ilk günlərində, sürücülər üçün çox çətin vəziyyət yarada bilər. Məni maraqlandıran məsələlərdən biri də budur ki, ailə üzvləri bir maşına minib uşağı aparmaq əvəzinə, baba ilə nənə ayrı maşında, xala ilə əmi ayrı maşında, valideynlər də ayrıca avtomobillərdə sentyabrın ilk günü məktəbliləri məktəbə gətirirlər. Bu da vəziyyəti daha da ağırlaşdırır. Heç olmasa, uşaqların valideynləri bir avtomobillə gəlsinlər. Valideynlər vəziyyəti başa düşməli və imkan daxilində, əgər məktəb yaxındırsa, şəxsi avtomobillərdən istifadə etməməlidirlər. Tıxacların əsas səbəblərindən biri də ilk məktəb günlərində valideynlərin, qohum-əqrəbanın kütləvi şəkildə həmin məktəbliləri dəstə halında məktəbə gətirməsidir. Burada vəziyyəti yüngülləşdirə biləcək məsələlərdən biri də odur ki, yəqin ki, hər il olduğu kimi, yol polisi məktəb günlərinin ilk günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Məktəblərin yanında, xüsusilə piyada keçidlərində yol polisi əməkdaşları hərəkəti tənzimləyir, insanların yolu təhlükəsiz keçməsinə kömək edirlər. Yaxşı olardı ki, məktəblərin ətrafında olan qanunsuz parklanmalara da ciddi nəzarət etsinlər. Bu il də həmin məsələyə diqqət yetirilsə, bəlkə də vəziyyət əvvəlki illərlə müqayisədə bir qədər yüngülləşər".
Fatimə Dadaşova
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












