Yeniyetməyə qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb - Tovuzda

Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Dərs hazırlığından qayıdan 2 yeniyetmə qız kənd ərazisində 50-55 yaşlı sərxoş kişinin hücumuna məruz qalıb. Sərxoş şəxs əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamaya cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb. Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












