Yer kürəsinin yaxınlığından asteroid keçəcək - Noyabrın 11-də

Noyabrın 11-də Yerdən 38 milyon kilometr aralı 2015 TB145 adı ilə qeydə alınmış asteroid keçəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Avtosfer.az-a bildirilib ki, bu obyekt 2015-ci il oktyabrın 10-da Pan-STARRS rəsədxanasının teleskopu vasitəsilə kəşf olunub. 20-ci ulduz ölçüsündə müşahidə olunan asteroid “Halloween” bayramında keçdiyi və insan kəlləsinə oxşadığı üçün qeyri-rəsmi olaraq “Halloween” adı ilə tanınıb. Asteroidin diametri 600-700 metr ətrafındadır. Günəşətrafı fırlanma dövrü 1120,794 gün (3,04 il), öz oxu ətrafında fırlanma dövrü isə 5 saatdır. Havay arxipelaqında yerləşən Mauna-Kea rəsədxanasının infraqırmızı teleskopu vasitəsilə alınmış materiallar əsasında alimlər belə nəticəyə gəliblər ki, bu səma obyekti “ölmüş komet”dir, yəni bütün uçucu maddələrini itirib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












