Yetkinlik yaşına çatmayan qızı qaçıran şəxslərə ağır cəza verilib

Şirvan Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan qızı qaçırmaqda və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Müqəddəs Qəhrəmanov, Rahib Həsənov və Təhmasib Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, M.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, hadisə 2017-ci ilin noyabr ayının 23-də, 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində baş verib. M.Qəhrəmanov həmkəndliləri - R.Həsənov və T.Həsənovla birgə həmin kənd sakini, 2002-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Aliyə Bayramovanı (ad, soy adı şərti) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib. Həmin şəxslər bulaqdan evlərinə su gətirən A.Bayramovaya əvvəl yaxınlaşaraq qollarından tutub, zorla avtomobilə əyləşdirib və daha sonra onu Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparmaqla oğurlayıblar. Hadisədən bir neçə saat sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Araşdırma zamanı onların üzərində olan soyuq silahlar aşkar edilərək götürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qəhrəmanov 10 il 3 ay, R.Həsənovla T.Həsənovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Qəhrəmanov apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












