Yetkinlik yaşına çatmayanlara tütün məmulatları və alkoqollu içkilərin satışı ilə bağlı reyd keçirilib - FOTO

Mingəçevir polisi yetkinlik yaşına çatmayanlara tütün məmulatları və alkoqollu içkilər satan qanun pozucularına qarşı reyd keçirib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, gün ərzində davam edən reyd zamanı yetkinlik yaşına çatmayan şəhər sakinlərinə alkoqollu içkilər və tütün məmulatları satan ticarət köşkləri və marketlər aşkarlanıb. Reyd zamanı qanun pozucusu olduğu aşkarlanan bəzi obyekt sahibləri qanuna zidd davranışlarına müxtəlif bəhanələrlə əsas gətirməyə çalışaraq, bunu guya müştərilərin yaşını müəyyən etməkdə çətinlik çəkmələri ilə əsaslandırıblar. Buna baxmayaraq, onlar polisin inzibati tədbirlərindən yayına bilməyiblər. Qanunun tələblərinə riayət etməyənlərə qarşı müvafiq cərimələr tətbiq edilib. Reyd iştirakçıları həmçinin bir sıra çayxanalara da baxış keçirib. Bu zaman bir qrup şəxsin qapalı şəraitdə tütün məmulatlarından istifadə etməsi aşkarlanıb. Onlara və obyekt sahiblərinə maarifləndirici xarakterli xəbərdarlıq edilərək, belə halların yolverilməz olduğu bildirilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO

















