Yevlaxda həmkəndlisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

Yevlaxda qətl törətməkdə təqsirləndirilən Mahir Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekbarın 19-na təyin edilib. Qeyd edək ki, hadisə bu il Yevlax rayonunda baş verib. 60 yaşlı kişi özündən 15 yaş kiçik həmkəndlisini qətlə yetirib. Belə ki, rayonun Xaldan qəsəbəsi ərazisində yerləşən çayxanada M.Paşayevlə Xəyal Yusifov arasında mübahisə düşüb. Nəticədə M.Paşayev bıçaqlayıb.Yaralı kəsilmiş-deşilmiş xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yevlax Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Paşayev saxlanılıb. Saxlanılan M.Paşayev əməlini etiraf edərək, həmkəndlisini söyüş üstündə bıçaqla vurduğunu bildirib.
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR












