Yeznəsini və onun atasını gülələyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T.Tarverdiyevin əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Bu maddə ilə ona 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Xatırladaq ki, dövlət ittihamçısı T.Tarverdiyevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktına əsasən, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. O, həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulova və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










