Yığmanın sabiq baş məşqçisindən şok açıqlama: Hakimiyyət tələb etdi ki, uduzaq

Yığmanın sabiq baş məşqçisindən şok açıqlama: Hakimiyyət tələb etdi ki, uduzaqƏlcəzair yığmasının sabiq baş məşqçisi Rabah Saadan qalmaqallı açıqlama ilə gündəmə gəlib. Avtosfer.az komanda.az-a istinadən xəbər verir ki, Saadan Əlcəzair hakimiyyətinin, 2010-cu ildə Afrika Millətlər Kubokunun yarımfinalında Misirlə keçirilən oyunda, onlardan uduzmalarını tələb edib. Baş məşqçi bu tələbi rədd etdiyini bildirsə də, futbolçular tapşırığa əməl edərək, Misirə 0:4 hesabı ilə məğlub olublar: "Bu qarşılaşmadan iki ay əvvəl biz Misiri məğlub edərək, DÇ-2010-un final mərhələsinə vəsiqə qazanmışdıq. Afrika Millətlər Kubokunun yarımfinalından əvvəl Əlcəzair hakimiyyəti mesaj göndərdi ki, oyunu Misirə verək. Mən imtina etdim. Onlar dedilər ki, biz, onsuz da, DÇ-yə gedirik. Misirə Afrika Millətlər Kubokunda qalib gəlmək çox vacibdir. İmkan verməliyik ki, misirli qardaşlarımız bu kuboku qazanıb, evə yaxşı əhvalda qayıtsınlar. Ancaq futbolçular meydana çıxanda vəziyyətin necə olduğunu anladım. Başa düşdüm ki, futbolçulara da tapşırıq verilib və onlar bu tapşırığa əməl edəcəklər". Misir yığması 2010-cu ildə finalda Qanaya 1:0 hesabı ilə qalib gələrək Afrika Millətlər Kubokunu qazanıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












