Yol polisi əməkdaşı kassasiya şikayəti verib

Bakıda dələduzluqda təqsirli bilinən Ramis Əhmədov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 24-nə təyin edilib. Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. İttiham aktına əsasən, Nərimanov rayon Polis idarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşı olmuş R.Əhmədov iş yoldaşı Elşən Məmmədovun qayını Pərviz Süleymana qarşı dələduzluq edib. O, P.Süleymanın 25 500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri ləğv edilib və iclas zalında həbs olunub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












