Yol polisi Hökməlidə məktəbli avtobusunun qəza törətməsi ilə bağlı məlumat yaydı

Dünən səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi “Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub. BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, nəticədə M.Kərimov və mikroavtobusda olan sərnişinlər - Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı azyaşlılar xəsarət alıblar. L.Məmmədlinin və bir azyaşlının vəziyyətləri orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin hasarının bir hissəsi uçulub. Sürücünün verdiyi ilkin ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi gün sərnişinlərini orta məktəbə apararkən qəflətən qarşısına çıxan azyaşlını vurmamaq üçün nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarına çəkdiyini, lakin bu zaman idarəetməni itirərək hasara çırpıldığını bildirib.
Lakin, araşdırma zamanı müəyyən olunub ki, valideyinlərlə aralarında əldə olunan şifahi razılaşmaya əsasən, M.Kərimov gündəlik olaraq qəsəbə sakinlərindən bir qrup məktəblini və onların valideyinlərini 217 nömrəli tam orta məktəbə aparıb-gətirirmiş.
Heç bir təhlükəsizlik tədbirləri görülməyən, müvafiq tanınma nişanı ilə təhciz edilməyən, əsasən qəsəbə və məhəllə daxili yollardan sürülən mikroavtobusla məktəbliləri daşıyan M.Kərimovun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb.
Xüsusi texniki vasitələrlə qeydə alınan məlumatlara əsasən, “Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı mikroavtobusun respublika əhəmiyyətli avtomobil yollarında hərəkətdə olması aşkar edilməyib.
Mübariz Kərimov barəsində həbs qətimkan tədbiri seçilmiş, araşdırma aparılır.
BDYPİ baş vermiş bu yol-nəqliyyat hadisəsinə diqqət cəkməklə bir daha vətəndaşlarımıza xatırladır ki, özlərinin, övladlarının həyatını tanımadıqları, təsadüfü seçdikləri, təcrübəsiz insanlara, sürücülərə həvalə etməsinlər. Yuxarıda qeyd etdiyimiz hadisə bir daha deməyə əsas veriri ki, qəzaya düşən azyaşlıların valideyinlərinin Mübariz Kərimovu bir həmyerli kimi tanımaq və ya övladlarının taleyini həvalə etdikləri bu şəxs barədə məlumat almaq imkanları olub.
Lakin, yenə də həyat əhəmiyyətli bir məsələyə səhlənkar yanaşaraq övladlarını ilk baxışdan da normal texniki vəziyyətdə görünməyən, müvafiq tanınma nişanı ilə təhciz edilməyən və ən vacibi sürücülük hüququ olmayan şəxs tərəfindən idarə edilən nəqliyyat vasitəsində daşınmasına rəvac vermişlər.
Elməddin
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ








