Yol polisinin də hörmətlə yanaşdığı kəşfiyyatçı Xanı dayı - VİDEO

Dünən tanınmış kəşfiyyatçı, Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.
Avtosfer.az xəbər verir ki, hadisə Ağdam rayonunun Mirəşelli kəndinin keçmiş neytral ərazisində baş verib.
Səyyaf Əhmədov Vətən müharibəsi illərində ön cəbhədə göstərdiyi igidlikləri ilə seçilirdi. O, döyüş meydanında dəfələrlə həyatını təhlükəyə ataraq yoldaşlarını xilas etmiş, kəşfiyyat əməliyyatlarında xüsusi şücaət nümayiş etdirmişdi. Müharibədən sonra da o, daim torpaqlarımızın təhlükəsizliyi üçün fəaliyyətini davam etdirib. Qohumlarının və silahdaşlarının sözlərinə görə, Xanı sadəliyi, mərdliyi və zarafatcıl xasiyyəti ilə hər kəsin sevimlisi idi.
“Xanı” ləqəbinə gəlincə, özü belə nəql edirdi:
“Mənə ona görə “Xanı” adı verilib ki, bir balaca zümzüməm var. Tədbir olanda Raquf Orucov deyirdi ki, “Xanı”, bir “Ana” segahı oxu. İnanırsınız, bilmirdim ki, Raquf Orucovun anası şəhid olub”.
Dostlarının da dediyi kimi, heç kim onu atasının qoyduğu adla çağırmırdı. Adını özü qazanmışdı baş gizir...
Xanı dayının adı həm də sosial şəbəkələrdə tez-tez gündəmə gəlirdi. Onun yol polisi ilə çəkilmiş məşhur bir videosu var idi. Həmin görüntülərdə yol patrul xidmətinin əməkdaşları Xanı dayını saxlayaraq, zarafatla qayda pozduğunu bildiriblər. Daha sonra isə polis əməkdaşları onunla fəxr etdiklərini, qəhrəman olduğunu və qulluğunda hər zaman hazır olduqlarını xüsusi vurğulayıblar. Bu video qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çox sayda izlənmiş və Xanı dayının sadəliyini, həm də xalqın sevgisini əks etdirmişdi.
Onu tanıyanlar bildirirlər ki, Səyyaf Əhmədov yalnız döyüşlərdə deyil, gündəlik həyatda da mərdliyi və insanlara qarşı qayğıkeşliyi ilə seçilirdi. Onun qəfil itkisi ailəsini, yaxınlarını, döyüş yoldaşlarını və bütün Azərbaycan ictimaiyyətini dərindən sarsıdıb.
Eltac Zülfüqaroğlu
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












