Yol qəzalarında ölüm: Azərbaycan İsveçi geridə qoyur

Azərbaycanda 2025-ci ilin birinci yarısında yol qəzalarında 333 nəfər həyatını itirib. Bəs bu rəqəm 10 milyonluq ölkə üçün nə dəcədə böyükdür? Faktı İsveçlə müqayisədə təhlil edək.
Avtosfer.az xəbər verir ki, 2024-cü ildə İsveçdə yol qəzalarında 213 nəfər həlak olub, 1600-dək adam yaralanıb (Mənbə: İsveç Statistika Ofisi SOS). Əhali sayı 10,5 milyon nəfər (təxminən Azərbaycan qədər) olan ölkənin yollarında 5 milyonadək avtomobil və 2 milyondan çox motorlu vasitə hərəkət edir. Göstərici bizdən çox aşağıdır. Halbuki, meteoroloji şərait baxımından bu şimal ölkəsində vəziyyət bizdən daha çətindir: ilin demək olar yarısı yollar qar və buzla örtülüdür, mürəkkəb relyefli ərazilərdən keçən yollar çoxdur.
Ölkə üzrə hər 100 min sakinə görə yol qəzalarında ölüm sayı 2 nəfərdir. Paytaxt Stokholm və ətrafında göstərici ümumiyyətlə 1 nəfərdir. Nə qədər ziddiyyətli olsa da, hərəkət intensivliyinin sıx olduğu zonada ölümlə nəticələnən qəza daha azdır. Magistrallarda kütləvi ölümlə nəticələnən avtobus qəzalarına rast gəlinmir.
Azərbaycana gəlincə: əhali sayı bizimlə təxminən eyni, lakin avtomobil sayı 2-3 dəfə çox olan Avropa ölkələrində (İsveç, İsveçrə, Finlandiya, Belçika, Norveç və s.) ölümlə nəticələnən yol qəzalarının bizdən daha az olması göstərir ki, hələ nəqliyyat sahəsində görülməli çox iş var. Yol qəzaları bütünlükdə cəmiyyətin məsələsidir. Bunun həllini təkcə yol polisindən gözləməklə hansısa irəliləyiş əldə etmək mümkün deyil.
İsveçdə yol qəzalarının azaldılması ilə bağlı tədbirlərlə bağlı daha ətraflı məlumat üçün bu linkə daxil olun:
Vüqar Yaşaroğlu
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











