Yol qəzasına düşən nazir müavini süni tənəffüs aparatına qoşulub

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadzenin vəziyyəti ağır olaraq qalır. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu İnqorovka adına Klinikadan bildiriblər. Nazir müavininin vəziyyəti sabitdir və onun səhhətində əlavə ağırlaşmalar qeydə alınmayıb. O, reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, M.Giorqadze iki gün öncə Kaxeti bölgəsində yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nazir müavini çox sayda qabırğa sınıqları, ağciyərdə ikiqat zədələnmə və ağır kəllə-beyin travması ilə öncə Telavi Xəstəxanası, daha sonra isə İnqorovka adına Klinikaya yerləşdirilib. M.Giorqadze bu ilin iyulunda Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini təyin olunub. Bu vaxta qədər o, mədəniyyət və idman naziri olub.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












