Yol qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən sürücünün ayağı kəsilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimov və Gülnarə Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş İ.İbrahimovun məhkəməyə gəlmədiyi məlum olub. Daha sonra təqsirləndirilən İ.İbrahimovun vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisədən sonra müvvəkilinin ayağında çürümə olduğu üçün 5 sm uzunluğunda kəsilib. Vəkil buna görə məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 27-dək təxirə salınıb.
Qeyd edək ki, ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi ötən il oktyabrın 2-də saat 9:00 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə Bakı şəhər sakini G.Hüseynovanın və Ağsu rayon sakini İ.İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman Cəbiyev, qızı Nigar Hüseynova, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinlər xəstəxanaya yerləşdiriliblər.
Daha sonra İ.İbrahimov və G.Hüseynova saxlanılıb. Hər iki şəxsin barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












