Yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

Qubada yol qəzasında ölən şəxsin yaxınları axtarılır. Avtosfer.az xəbər verir ki, DİN mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib. Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: boyu 165-170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qonurdur, yaşı 60-70 arası. Bədəninin müxtəlif nahiyələrində döymələr var: sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı yazılıb. Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Fərid
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA













