Yol təhlükəsizliyi müsabiqəsi - Gənclər üçün yeni imkanlar

“Bolt Akademiya” gənclər arasında yol təhlükəsizliyi və şəhər infrastrukturu sahəsində innovativ ideyaların təşviqi məqsədilə yeni müsabiqəyə start verir.
Avtosfer.az xəbər verir ki, layihə yaradıcı düşünən tələbələr və gənclər üçün öz ideyalarını təqdim etmək və real layihəyə çevirmək imkanı yaradır.
Müsabiqə çərçivəsində universitet və peşə məktəblərində təhsil alan gənclər yol təhlükəsizliyi və şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı ideyalarını təqdim edə bilərlər. Seçilmiş layihələr ekspertlər və geniş auditoriya qarşısında təqdim olunacaq, həmçinin mentor dəstəyi ilə inkişaf etdiriləcək.
“Bolt” nümayəndəsinin sözlərinə görə, təşəbbüsün əsas məqsədi gəncləri təhlükəsizlik mövzusunda daha aktiv iştirak etməyə təşviq etmək və onların ideyalarını real həllərə çevirməkdir:
“Yol təhlükəsizliyi yalnız texnologiya ilə deyil, həm də insanların düşüncə və yanaşması ilə formalaşır. Bu təşəbbüslə biz gənclərə öz ideyalarını paylaşmaq və şəhərlərin daha təhlükəsiz olmasına töhfə vermək imkanı yaradırıq”.
Proqram iştirakçılarına aşağıdakı imkanları təqdim edir:
İdeyanı geniş auditoriya və potensial investorlar qarşısında təqdim etmək imkanı;
Sahənin peşəkarlarından mentorluq və praktiki tövsiyələr;
Seçilmiş layihələrin real tətbiq imkanlarının araşdırılması.
Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələdə təqdim olunan müraciətlər arasından ən perspektivli 10 ideya seçiləcək. Bu komandalar 14 may tarixində “Sea Breeze”də keçiriləcək təhlükəsizlik tədbirində öz layihələrini təqdim edəcəklər.
İkinci mərhələdə münsiflər heyəti tərəfindən ən yaxşı 3 layihə müəyyən ediləcək və bu komandalar “Bolt Akademiya” ilə birgə əməkdaşlıq çərçivəsində layihələrini daha da inkişaf etdirəcəklər.
Son mərhələdə isə seçilmiş iştirakçılar üçün fərdi mentorluq sessiyaları təşkil olunacaq və onların ideyalarının real layihələrə çevrilməsi imkanları nəzərdən keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər 12 may 2026-cı il tarixinədək [email protected] və [email protected] elektron ünvanına müraciət edə bilərlər.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










