Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?

Xəbər verdiyimiz kimi, İsmayıllıda maşın ayını vurub.
Avtosfer.az xəbər verir ki, yoldan sürətlə keçən avtomobil vəhşi heyvanı yaralayıb.
Heyvanı avtomobillə vurmaq hansı hallarda hüquqi məsuliyyət yaradır?
Cebheinfo.az araşdırmasına əsasən, yollarda avtomobillə heyvan vurulması halları əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir.
Əgər heyvanın vurulması qəsdən baş verməyibsə və sürücü yol hərəkəti qaydalarını pozmayıbsa, bu hal üzrə onun cinayət və ya inzibati məsuliyyəti yaranmır. Belə hallarda məsələ əsasən mülki-hüquqi münasibətlər çərçivəsində qiymətləndirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibinə məxsus mal-qara nəqliyyat vasitəsinə zərər vurarsa, həmin zərərin əvəzini heyvanın sahibi ödəməlidir. Heyvanın nəzarətsiz qalması, yola çıxması və ya qaçması sahibini bu məsuliyyətdən azad etmir.
“Yol hərəkəti haqqında” Qanuna görə, mal-qara asfalt örtüklü avtomobil yollarından ötürülməməli, həmçinin qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolun hərəkət hissəsinə buraxılmamalıdır. Bu tələblərə əməl olunmaması nəticəsində baş verən hadisələrə görə məsuliyyət heyvanın və ya sürünün sahibinin üzərinə düşür.
Əgər avtomobillə vurulan heyvanın sahibi müəyyən edilərsə və o, dəymiş zərəri könüllü şəkildə ödəməkdən imtina edərsə, hadisə Dövlət Yol Polisi tərəfindən qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilir.
Bundan sonra sürücü dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Zərərin məbləği 1000 manatadək olduqda dövlət rüsumu 30 manat təşkil edir.
Heyvanın sahibi müəyyən edilmədiyi hallarda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 177-ci maddəsinə əsasən həmin heyvan "itirilmiş heyvan" hesab olunur.
Sonradan heyvanın sahibi müəyyən edilərsə, sürücü ona dəymiş maddi ziyanın ödənilməsini qanunvericiliyin müəyyən etdiyi qaydada tələb etmək hüququna malikdir. Bunun üçün yol-nəqliyyat hadisəsinin düzgün sənədləşdirilməsi və dəymiş zərərin sübut edilməsi mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, belə hadisə baş verdikdə sürücü hadisə yerini tərk etməməli, nəqliyyat vasitəsini saxlamalı və Dövlət Yol Polisinə məlumat verməlidir.
Hadisənin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi sonradan həm zərərin qiymətləndirilməsi, həm də mümkün hüquqi mübahisələrin həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Əgər qəza nəticəsində avtomobilə ciddi maddi ziyan dəyibsə, həmin ziyanın məbləği ekspertiza rəyi, təmir sənədləri və digər sübutlar əsasında müəyyən edilir. Bu sənədlər məhkəmədə zərərin ödənilməsi tələbinin əsaslandırılması üçün istifadə oluna bilər.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












