Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Xaçmaz–Xudat–Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 60-cı kilometrliyində sel sularının təsiri nəticəsində çökən yerdən görüntülər yayılıb. Hadisə aprel ayının əvvəlində baş versə də, sözügedən ərazidə hələ də təmir bərpa işləri aparılmayıb. Yolun belə vəziyyətdə qalması həm nəqliyyatın hərəkətini çətinləşdirib, həm də piyadalar üçün təhlükə yaradıb.
Ümumiyyətlə, son illər istər paytaxt, istərsə də region yollarındakı təmir-bərpa işlərinin ləng həyata keçirilməsi ilə bağlı çoxlu narazılıqlar var.
Bəs buna səbəb nədir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı danışarkən bildirdi ki, burada əsas məsələ layihənin düzgün formada icra olunmasıdır:
“Layihəni düzgün icra etməmək sonradan böyük problemlərə yol açır. İşin icrası müəyyən bir müddət ərzində həyata keçirilməlidir amma bəzən üç günlük iş aylarla vaxt alır. Bir çox hallarda işlər yarımçıq da qalır. Bu, düzgün yanaşma deyil”.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlamasında bildirdi ki, təmir proseslərində hər hansı gecikmə baş vermir. Təmir işləri əvvəlcədən tərtib olunmuş qrafikə uyğun şəkildə həyata keçirilir:
“Yəqin ki, müşahidə etmisiniz, həftə içi və iş günlərində mümkün qədər təmir işlərinin aparılmamasına çalışılır. Burada yalnız qəza və digər fövqəladə hallar istisna təşkil edir. Əgər təmir işlərinin aparılması zəruridirsə, bu proses əsasən gecə saatlarında həyata keçirilir ki, vətəndaşların gündəlik həyatına minimum maneə yaratsın. Əsas təmir işləri isə şənbə-bazar, istirahət və bayram günlərində həyata keçirilir. Bu günlərdə işlər 24 saat fasiləsiz rejimdə aparılır və artıq bazar ertəsi səhər saatlarınadək, vətəndaşların işə və digər istiqamətlərə hərəkəti başlamazdan əvvəl tam yekunlaşdırılır. Yəni hər hansı bir ərazidə gecikmə və ya digər problemlərin yaranması nəzərdə tutulmur. Bütün işlər əvvəlcədən hazırlanmış qrafikə uyğun şəkildə icra olunur”.
Qurum rəsmisi Xaçmaz–Xudat–Yalama yolundakı vəziyyətə də aydınlıq gətirdi:
“Xaçmaz rayonu ərazisindən keçən 60-cı kilometrliyində sel sularının təsiri nəticəsində çökmə qeydə alınıb. Dərhal ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanıb və sürücülər alternativ marşrutlarla təmin olunublar. Bildiyiniz kimi, yaxın zamanda Cənab Prezident tərəfindən təbii fəlakət nəticəsində zərər dəymiş yol infrastrukturunun bərpası ilə bağlı sərəncam imzalanıb. Həmin sərəncama uyğun olaraq yaxın günlərdə ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur. Bir daha qeyd edim ki, həmin hissədə agentlik tərəfindən müvafiq yol nişanları quraşdırılıb və ərazi üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”./ednews.net
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS











