Yollardan ətrafa su və palçıq sıçradan sürücülərə XƏBƏRDARLIQ

Yağışlı havalarda bəzi sürücülərinin diqqətsizliyi və avtomobili yüksək sürətlə idarə etməsi yolda olan suyun, palçığın piyadaların və digər nəqliyyat vasitələrinin üzərinə sıçramasına səbəb olur. Bəs görəsən buna görə sürücüləri hansı cəzalar gözləyir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması inzibati məsuliyyət yaradır. “Yollarda piyadalara və digər nəqliyyat vasitələrinə qəsdən su və ya palçıq sıçradılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradan sürücülər 40 AZN məbləğində cərimə olunur”. R.Quliyev deyib ki, sürücülər bu cür qayda pozuntularından çəkinməlidirlər: “Belə kobud davranışla üzləşən piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini, hadisənin harada və nə vaxt baş verdiyi haqda məlumatları əldə edərək, polis bölməsinə və “902 qaynar-xətti”nə müraciət edə bilərlər”. Rüfət Quliyevin sözlərinə görə, Dövlət Yol Polisi hər zaman olduğu kimi sürücülərə xəbərdarlıq edir ki, yollarda diqqətli olsunlar, yol hərəkəti qaydalarına ciddi qaydada riayət etsinlər. “Təbii ki, sürücülər hava şəraitini nəzərə alaraq mütləq ara məsafəsi saxlamalıdırlar. Ehtiyac olduqda idarə etdikləri nəqliyyat vasitələrinin qabarit işıqlarından istifadə etməlidirlər”.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












