Yollarımızda sürət məsələsinə yenidən baxılacaq - Artım və azalma olacaq, xəbərdarlıq ediləcək

Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq. Avtosfer.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub. Belə ki, növbəti üç ildə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulub. Həmçinin təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi də dövlət proqramında öz əksini tapıb.
Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin əsas icraçısı Daxili İşlər Nazirliyidir. Bu iş üzrə digər icraçı qurumlar qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi göstərilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










