Yollarımızdakı çala-çuxurdan necə can qurtarmaq olar? - Ekspertdən təklif

“Yollarımızdakı təhlükəli, ziyanlı və bezdirici çala-çuxurun aradan qaldırılması üçün hazırkı şəraitdə kifayət qədər sadə yol var: operativ cari təmir və bərpa işinin yerinə yetirilməsi.”
Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, dünyanın hər yerində yolların daimi istismara yararlı, satandarta uyğun saxlanılmasına cari təmir vasitəsilə nail olurlar. “Bunun üçün hər bir yol idarəsinin, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin mobil təmir qrupları olmalıdır. Bu da çətin şey deyil. Belə qrup 1ədəd samosval (yükünü özü boşaldan) yük avtomobilindən (özü də Kamaz kimi nəhəg yox, 3-4 tonluq kiçik samosvaldan), 1 ədəd asfaltbasandan və 3-4 fəhlədən ibarət olsa yetərlidir. Bu da elə də ciddi xərc deyil. Yolu, xüsusən də şəhər, qəsəbə və kənd küçələrini yararlı saxlamaq üçün heç də həmişə onu şumlayıb yenidən tikməyə ehtiyac yoxdur.”
Hüquqşünas hesab edir ki, belə işləri cəmiyyətimiz də israrla tələb etməlidir. “Hətta bunun üçün maraqlı ideyalar, lifehack-lar düşünmək olar. Məsələn, 2018-ci il Dünya çempionatını izləməyə gəlmiş Xorvatiya azarkeşləri Nijniy Novqorodda küçədəki çalada şəkil çəkdirdikdən sonra şəhər təsərrüfatı bu çalanı dərhal aradan qaldırmışdı. Başqa bir maraqlı lifehack Saratovda olub. Gənc rəssam küçədəki çala ətrafına qubernatora bənzəyən rəsm çəkdikdən sonra dərhal həmin çala da ləğv edilib.”
Orxan Əli
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












