Yolun ortasına dəmir maneələr basdırıb zəncir vurdu - Yasamalda sakin özbaşınalığı - FOTO

Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişməsində yaşayan sakinlər ərazidə kirayə yaşayan bir şəxsin yolun üzərinə dəmir maneələr basdıraraq zəncir vurmasından narazıdır. Avtosfer.az xəbər verir ki, bu barədə sakinlərin "Patrul.az"a bildirdiyinə görə, həmin şəxs iki avtomobilin dura biləcəyi yeri tam şəkildə zəbt edib. Şikayət edən vətəndaşlar bildirirlər ki, ərazidə hazırda tikinti işləri aparıldığı üçün park yeri çatışmazlığı ciddi şəkildə hiss olunur. Belə bir şəraitdə bir sakinin yol kənarını şəxsi ərazisi kimi qəbul edib maneələr basdırması, digər avtomobil sahibləri üçün vəziyyəti daha da ağırlaşdırır. Sakinlər qeyd edirlər ki, bu əməllər nə yol hərəkəti qaydalarına, nə də ümumi ictimai davranış prinsiplərinə uyğundur. Onların sözlərinə görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, maneələr yerindən götürülmür və vəziyyət dəyişmir. Sakinlər aidiyyəti qurumlardan məsələni araşdırmağı və qanunsuz şəkildə yolun zəbt edilməsinə son qoyulması üçün tədbir görməyi xahiş edirlər.

Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












