Yolun ortasında alışıb yanan avtobuslar - Səbəb nədir?

Son vaxtlar ictimai nəqliyyatda avtobusların yanması halları tez-tez müşahidə olunur. Bu vəziyyət həm sərnişinləri, həm də daşımaları həyata keçirən şirkətləri ciddi şəkildə narahat edir. Ümumiyyətlə, avtobusların yanmasına səbəb olan amillər nələrdir?
Nəqliyyat eksperti Eldəniz Cəfər bildirib ki, köhnə avtobusların yanmasının əsas səbəbi adətən naqil sistemindəki nasazlıqlardır: “Köhnə avtomobillər və avtobuslarda alışma baş verdikdə, bu, əsasən köhnəlmiş naqil sistemindəki çatışmazlıqlarla bağlı olur. Bəzən mühərrik hissəsinə yad cismin düşməsi və ya yanacaq sızması da alışmaya səbəb ola bilər. Yeni avtomobillərdə isə aparılan araşdırmalar göstərir ki, bəzi hallarda istehsalçının nəzərdə tutmadığı, uyğunlaşmayan elektrik cihazları quraşdırılır və bu da yanğına gətirib çıxarır. Avtobuslarda da adətən bu səbəblərdən yanma halları baş verə bilər".
Ekspertin sözlərinə görə, hazırda ictimai nəqliyyatda istifadə olunan avtobusların böyük hissəsinin yenilənməsinə ciddi ehtiyac var: “Bu istiqamətdə artıq müəyyən tələblər qoyulub. Daşıyıcı şirkətlər qarşısında öhdəlik var ki, köhnə avtobuslar mərhələli şəkildə dövriyyədən çıxarılsın və onların yerinə daha təhlükəsiz, müasir sərnişin daşımaya uyğun nəqliyyat vasitələri gətirilsin”.
Eldəniz Cəfərovun fikrincə, 2026-cı ildən etibarən köhnə avtobuslar Bakı şəhərində dövriyyədən çıxarılacaq.
“Avtobusun yanması şirkət üçün təbii ki, maddi zərər yaradır, bu zərərin miqdarı, əsasən, həmin avtobusun dəyərindən asılıdır", - deyə o qeyd edib.(valyuta.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












