Yoxa çıxmış “Boeing 777” təyyarəsi Google xəritəsində “tapıldı” – FOTO

Avstraliyadan olan avia-qəzaların araşdırılması üzrə mütəxəssis Piter Makmehon, dörd il əvvəl müəmmalı şəkildə yoxa çıxmış “Boeing 777” sərnişin təyyarəsini “NASA” və “Google Maps” xəritələrində tapmağa çalışır. Oxu.az “The Sun”a istinadən xəbər verir ki, mütəxəssis Hind okeanında radarlardan itmiş “Boeing 777” təyyarəsini tapdığını iddia edir.
Makmehonun sözlərinə görə, MH370 reysi ilə uçmuş Malaziya hava yolları şirkətinə aid təyyarə hazırda kiçik Raund (Seyşel) adasından 16 kilometr cənubdadır. O əmin edir ki, həmin bölgədə axtarış əməliyyatları aparılmayıb.
Avstraliyalı xəritənin şəklini ölkəsinin nəqliyyat və təhlükəsizlik bürosuna göndərib.
Xatırladaq ki, 2014-cü ilin mart ayında Kuala Lumpurdan Pekinə uçan Malaziya hava yolları şirkətinə aid “Boing 777” sərnişin təyyarəsi radalardan itib. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub. 2015-ci ilin yanvar ayında onların hamısı həlak olmuş elan edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












