Yük avtomobilindən külli miqdarda narkotik vasitə aşkarlanıb - VİDEO

İrandan Azərbaycana gələn yük avtomobilində külli miqdarda narkotik vasitə aşkar edilib. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Ukrayna vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində saxlanılıb və əməliyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib. Bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzərətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümümi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












