"Yük daşımaları AZAL-ın gəlirlərinin artırılması üçün ən perspektivli istiqamətlərdən biridir" - IATA

Yük daşımaları "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) gəlirlərinin artırılması üçün ən perspektivli istiqamətlərdən biridir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropadakı regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
R.Şvartsman qeyd edib ki, bu gün AZAL-ın gəlirlərinin yalnız 1 %-ə qədəri yük daşımalarının payına düşür. "Bu rəqəm sahə üzrə orta göstəricilərdən xeyli aşağıdır", - o qeyd edib.
Vitse-prezidentin sözlərinə görə, bu gün Bakı istifadə olunmayan yük tutumuna malikdir, Ələtdə ixtisaslaşdırılmış infrastrukturun inkişafı isə Heydər Əliyev Beynəlxalq Hava Limanında əlavə resursların sərbəst buraxılmasını təmin edə bilər: "Bu, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yük əməliyyatlarının genişləndirilməsi, həm də beynəlxalq yük aviadaşıyıcılarının cəlb edilməsi üçün imkanlar yaradır.
O vurğulayıb ki, Azərbaycan Avropa və Çin arasında alternativ ticarət marşrutu kimi tədricən möhkəmlənən Orta Dəhliz boyunca strateji mövqe tutur. "Bakının coğrafiyası və mövcud infrastrukturu qlobal təchizat zəncirlərinin daha böyük dayanıqlılığa və şaxələnməyə can atması fonunda hava nəqliyyatı ilə yük axınlarını cəlb etmək üçün əlverişli şərait yaradır", - R.Şvartsman əlavə edib.
Onun sözlərinə görə, "Silk Way West" aviaşirkətinin Ələt Azad İqtisadi Zonasında ixtisaslaşmış "yaşıl" yük hava limanının tikintisi layihəsi buna bariz nümunədir. Müasir avadanlıqlarla təchiz olunmuş və ildə 1,5 milyon ton yük emal etmək gücünə malik yeni obyekt düzgün strategiya sayəsində Bakının böyük yük aviasiya mərkəzinə çevrilməsi potensialından xəbər verir. Tikintinin 2026-cı ilin sonunda başa çatması, hava limanının isə 2027-ci ilin birinci rübündə açılması planlaşdırılır.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT












