Yük maşınından baytarlıq preparatları və tibbi şampunlar aşkar edilib - FOTO

Gömrük orqanına bəyan olunmayan baytarlıq preparatları və tibbi şampunlar aşkar edilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən gələn bu ölkə vətəndaşının idarə etdiyi yük maşını yoxlama-baxış sistemindən keçirilərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Bu səbəbdən avtomobilin yük yeri təkrar yoxlanılıb. Nəticədə, gömrük orqanlarına bəyan olunmayan, müşayiət sənədlərində göstərilməyən - 295 ədəd plastik qabda "ERITROTEK®; 1kg", 300 qutu şüşə flakonda "FLORTEK®; 50ml", 100 qutu şüşə flakonda "Ketojezik®, 50ml", 600 qutu - hər qutuda iki konvalyut olmaqla "Benzoral®; 10 Tablet", 250 qutu - hər qutuda iki konvalyut olmaqla "Albecure®1500; 10 Tablet", 100 qutu şüşə flakonda "Amoxygen; 100ml", 100 qutu şüşə flakonda "Amoxygen; 250ml", 1500 qutu - hər qutuda iki konvalyut olmaqla "Oxazac; 10 tablet", 350 qutu - hər qutuda 10 paket olmaqla "ERITROTEK®; 4,5gx10 Poşet", 720 qutu "RULAMIT-VA®", 100 qutu şüşə flakonda "Teknomycin®LA 300; 100ml", 100 qutu şüşə flakonda "Spirotek®; 100ml", 100 qutu şüşə flakonda "Flumeglin®; 50ml" markalı baytarlıq preparatları və 840 ədəd "Konazol; 100ml" markalı tibbi şampun aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Namiq
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
















