Yük maşınından külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO + VİDEO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olmuş məlumat əsasında külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Belə ki, noyabrın 13-də Gürcüstandan ölkəmizə kartof yükü gətirən Azərbaycan Respublikası vətəndaşı Sətdərov Sətdar Əlisahib oğlunun idarə etdiyi DAF markalı, 99 DJ 787 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin 99 ZC 556 nömrəli yarımqoşqusuna Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı yarımqoşqunun içərisindən 508 qutuda qablaşdırılan 11536 ədəd fişəng və 5 milyon 845 min ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar edilib.
Qeyd edək ki, gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan olunmayan pirotexniki vasitələr yarımqoşqunun ön və arxa hissəsinə kartof yükü yerləşdirilməklə gömrük nəzarətindən gizlədilməyə çalışılıb. Faktla bağlı araşdırma aparılır.
Namiq


Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












