Yük maşınından külli miqdarda qanunsuz siqaret aşkatlandı - FOTO + VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK-dan Avtosfer.az-a verilən məlumata görə, hər iki fakt idarənin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb.
Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF XF105" markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerində iki ədəd plastik qutuda, kabinənin yataq yerindəki döşəyin altında, kabinədə olan əl çantasında və kabinənin tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə ümumilikdə 17 600 ədəd "Marlboro Silver Pack 72S" markalı siqaret aşkar olunub.
Rusiyadan gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi "DAF XF105" markalı yük avtomobilinə gömrük baxışı zamanı isə avtomobilin kabinəsində olan yataq yerindəki döşəyin altında və ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerdə, kabinədə soyuducunun sağ tərəfində olan örtüyün arxasındakı boşluqda, səsgücləndiricinin arxasında olan boşluqda və kabinədəki digər boşluqlarda 5 200 ədəd "Marlboro Silver Pack" və 11 800 ədəd "Marlboro Silver Pack 72s" markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO















