Yük maşınlarının Bakıya gecə “hücumu”… - Şərh

Artıq bir neçə gündür axşam saatlarında, xüsusilə saat 20:00-dan sonra yollarda təxminən 2 saata qədər davam edən avtomobil sıxlığı müşahidə edilir. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu sıxlıq əsasən metronun “20 Yanvar” stansiyasının qarşısından Ziya Bünyadov prospekti istiqamətində daha ciddi nəzərə çarpır. Qeyd edilən saatda həmin istiqamətdə sıxlığın yaranmasına səbəb bir-birinin ardınca yük avtomobillərinin hərəkət etməsidir. İlkin ehtimala görə, 15 noyabr tarixindən yük avtomobillərinin gündüz saatlarında şəhərə buraxılmaması axşama doğru bu maşınların Bakı küçələrinə kütləvi “hücumuna” səbəb olur ki, bu da sıxlığı şərtləndirir. Məsələni şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, axşam saatlarında müşahidə edilən tıxaclarda yük maşınlarının payının olduğu şübhəsizdir: “Birinci mərhələdə 5 ton tutumu olan yük avtomobillərinin hərəkətinə icazə verilmişdi. Sonra 5 tondan yüksək yük tutumu olan avtomobil sürücüləri etiraz etdi ki, bəs, bizim işimiz necə olacaq? Bununla bağlı etirazlar səsləndikdən sonra Baş Dövlət Yol Polis İdarəsinin rəhbərliyi yenidən həmin sürücülərlə görüşdü. Məlum oldu ki, 5 tonluq avtomobillərin hərəkətinə icazə verməklə məsələ tam həllini tapmayıb. Ona görə də, bildiyim qədər, bu tonnaj 10 tona qaldırılıb. Yəni 10 ton yük tutumu olan avtomobillər Bakı şəhərində icazə verilən müddətdə hərəkət edə bilərlər. Müəyyən edilən istiqamətlərdən biri də məhz Ziya Bünyadov prospekti olduğuna görə saat 20:00-dan etibarən həmin istiqamətdə yük avtomobillərinin sıxlığı müşahidə olunur. Yol yükləndiyindən minik avtomobilləri də hərəkət edə bilmir. Bu yaxınlarda yük avtomobilləri üçün müəyyən edilən istiqamətlərə Heydər Əliyev prospekti də əlavə ediləcək. Yük avtomobili sürücülərinin “20 Yanvar” kənar dairəvi yoldan istifadə edərək Ziya Bünyadov prospektinə getməkdən başqa yolları yoxdur. Çünki onlar üçün ayrılan yollardan biri də odur. Ona görə də həmin yolda sıxlıq olur”. E.Muradlı bildirib ki, əslində yük avtomobilləri üçün müəyyən edilən saat yollarda tıxacın səngidiyi zamana təsadüf edir: “Lakin yük avtomobilləri vaxt itirməmək üçün, iş vaxtlarını nəzərə alaraq hərəkət edir. Bu səbəbdən xüsusilə həmin saatlarda yük avtomobillərinin sayı həddən artıq artır. Bu da təbii olaraq sıxlıq və tıxaca səbəb olur”. Ekspert bildirib ki, yük avtomobillərinin sıxlıq səbəbindən körpülərin üzərində uzun müddət qalması bir neçə saatlıq sıxlıq və tıxacdan daha təhlükəlidir: “Yaxşı olar ki, yük maşınları mərhələli şəkildə hərəkət etsin ki, həm tıxac yaramasın, həm də körpülərdə saatlarla qalıb təhlükəli şərait əmələ gətirməsinlər. Mən burada yük avtomobili sürücülərini qınaya bilmərəm. Onlar məcburdur qaydaya əməl etməyə. Onlar nə edə bilərlər ki, müəyyən edilən yolda körpü var. Sadəcə bir qədər ehtiyatla hərəkət etməlidirlər ki, eyni vaxtda yüklənmiş bir neçə yük maşını ard-arda körpüdə qalmasın”.
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO










