Yüksəkvəzifəli şəxs modeli intim videolarla hədələyib - Çelsi Baxşıyevadan şok açıqlama

Model, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi ilə sevgi münasibəti yaşadığını iddia edib. Bloqer həmin adamın evli və iki uşağının olduğunu bilmədiyini deyib. O bu məlumatı öyrəndikdən sonra sevgilisi tərəfindən intim videoları ilə təhdid olunduğunu bildirib.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, Ç.Baxşıyeva bu barədə danışıb.
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
O qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl "Instagram"da tanış olublar:
"Adını açıqlamaqda problem yoxdur - Anar Pirməmmədov. Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İlyarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib. Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim. İki gün sonra Nəsimi Rayon Polis Bölməsinə gedib məndən şikayət etdilər. Həyat yoldaşı şikayətçi oldu. Məni bölməyə çağırdılar, izahat aldılar və buraxdılar. Sonra dedim ki, üzr istəməsələr və hər şeyi boyunlarına almasalar, məsələni ictimailəşdirəcəyəm və FHN-ə də müraciət edəcəyəm. Bir müddət sonra üzr istədi və hər şeyi boynuna aldı. Mən də məsələni bağladım".
O, sözlərinə belə davam edib:
"2025-ci ildə "TikTok"la bağlı saxlanıldım. Fevralın 11-də məni 30 sutka həbs etdilər. 388-ci maddə ilə saxlanılmışdım və mənə cərimə nəzərdə tutulurdu. Həbsdən çıxandan sonra öyrəndim ki, Anarın atası Həsrət Pirməmmədovdur. Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub. Həsrət Pirməmmədovun qardaşı, yəni Anarın əmisi isə İlham Pirməmmədovdur. O da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiridir - hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovanı deyirəm. Bundan başqa, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə məndə məlumat var. Hazırda ölkədə deyiləm. Məndə olan materiallar realdır və səsyazıları mövcuddur. A.Pirməmmədov xidməti avtomobillə ardımca gəlirdi. Əlavə olaraq məlumat aldım ki, Anar nazirin birinci müavini Rəfail Mirzəyevin yaxın qohumudur. Ona bildirilib ki, məsələ ictimailəşsə, işdən çıxarılacaq".
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə!
Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etiraz
Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi
Vaşinqtondakı təxribatın detalları açıqlandı - Prezidentin kortejinə...
Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO
Vaşinqtondakı çirkin təxribat cəhdinin arxasında kimlər var? - ADLAR AÇIQLANDI - VİDEO
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ











