Yunanıstan və Türkiyə gəmiləri arasında insident yaşanıb

Yunanıstanın hərbi gəmilərinin Türkiyəyə məxsus “Barbaros Hayrettin Paşa” gəmisinin Aralıq dənizinin şərqində apardığı kəşfiyyat-qazma işlərinə maneə olmaq cəhdinin qarşısı alınıb. Türkiyə hökuməti bəyan edib ki, bu cür halların davam etməsi yolverilməzdir. Türkiyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu ölkə Aralıq dənizinin “Güzelyurt” hissəsində beynəlxalq hüquq normalarına uyğun olaraq özünə aid ərazidə kəşfiyyat-qazma işləri aparır. Türkiyə Xarici İşlər Nazirliyi isə hesab edir ki, Yunanıstan tərəfi əsassız iddiaları kənara qoymalı və münasibətləri mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirməlidir. Qeyd edək ki, Yunanıstana məxsus hərbi gəmilər oktyabrın 17-də Aralıq dənizinin şərqində kəşfiyyat-qazma işlərinə başlayan “Barbaros Hayrettin Paşa” gəmisinə mane olmağa cəhdi edib. Lakin Türkiyə Hərbi Dəniz Qüvvələrinin ərazidəki qüvvələrinin müdaxiləsi nəticəsində bu qanunsuz cəhdin qarşısı alınıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












