Yuxuda mərhum şəxsi görməyin mənası nədir?

Yuxu bizim üçün hüccət (sübut, dəlil) ola bilməz. Yəni yuxuda görülənlər əsasında heç bir ciddi və qəti hökm vermək mümkün deyil. Yuxu əksər hallarda sırf fizioloji və psixoloji səbəblərə əsaslanır. Yəni insanın gün ərzində yaşadığı hisslər, düşüncələri, fiziki sağlamlığı, psixoloji durumu və sairə amillər yuxuya ciddi təsir göstərir. Yaxın adamını itirmiş şəxs adətən gün ərzində onun haqqında çox düşünür, bu səbəbdən gecə onu yuxuda görməsi də təbii sayıla bilər. Xalq arasında belə bir inam var ki, guya mərhum hər hansı təmənna ilə yuxuya gəlir. Məsələn, diri adamın başına gələn hər hansı hadisə guya ölüyə "əyan" olur və ya ölü həmin diri adamdan Yasin oxumasını, onun qəbri üstə getməsini tələb edir və s. Bu inancların dində kökünü tapmaq çətindir. Bunları vacib bir hökm kimi qəbul etmək olmaz. Bununla belə, mərhumu yuxuda görmüş insanın ən azından öz psixoloji aramlığı naminə mərhuma rəhmət deməsi, ruhuna Fatihə və ya Yasin oxuması, qəbrini ziyarət etməsi bəyənilən haldır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












