Yüzdən çox "Maserati" yandı - VİDEO

İtaliyada yanğın zamanı yüzdən çox "Maserati" avtomobili yanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə daşqınların olduğu Savona limanında baş verib. Məlumata görə, daşqınlardan əziyyət çəkən limanda iki avtomobil dayanacağı batıb. Hadisə zamanı qısaqapanmanın baş verməsi elektrik cərəyan mənbələrinin - akkumulyatorların partlamasına, bu isə öz növbəsində yanğına səbəb olub. "Limanda Yaxın Şərqə ixrac edilmək üçün nəzərdə tutulmuş yüzlərlə avtomobil məhv olub", - deyə məlumatda bildirilir. Bundan əlavə hadisə zamanı yük və minik avtomobillərinə da ziyan dəydiyi bildirilir. Yerli "Savona News" hadisə zamanı bir neçə min avtomobilin yandığını bildirib. Lakin Milli Yanğınsöndürmə Xidmətinin rəsmi məlumatında hadisə zamanı 150 avtomobilin yandığı bildirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












