Zamiq yarım milyona avtomobil alıb? – FOTO

Tanınmış müğənni Zamiq Hüseynov yeni avtomobillə görüntülənib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ifaçının görüntüləndiyi maşın “Mercedes”in “S Class 600” modelinin “Maybach” versiyasıdır.
Ölkəmizdə az adamın istifadə etdiyi bu avtomobilin qiyməti isə təxminən 500 min manatdır.
Avtomobilin “10 PB 002” seriyalı nömrəsi də diqqət çəkib.
Məsələ ilə bağlı saytımıza danışan Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu seriya hüquqi şəxslərə aid olan nəqliyyat vasitələrinə verilir:
“PB seriyalı nömrələr hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinə verilir. Həmin nömrə lizinq də, hər hansı şirkətə də məxsus ola bilər. Nömrənin kimə aid olduğu barədə isə məlumat verə bilmərik”.
Bu məqamda qeyd edək ki, sözügedən nömrə illər öncə Əməkdar artist Ədalət Şükürovun “Mercedes” markalı maşınında olub. Zamiqin görüntüləndiyi avtomobilin də ona aid olduğu iddialar arasındadır.
Qeyd edək ki, Zamiq bir neçə ildir “Jeep”in “Wrangler Rubicon” modelindən istifadə edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












