Zaqatalada 200-ə qədər həyət su altında qaldı, sel avtomobili apardı

Güclü yağış Zaqatala rayonunda ev və həyətyanı sahələrə ziyan vurub. Bu barədə Trend-ə açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə məlumat verib. Qurum rəsmisi bildirib ki, güclü yağış nəticəsində Zaqatalanın Mazıx kəndinin ərazisindən axan Dəliçay və Tala kəndi ərazisindəki Talaçay çayları məcrasından çıxıb: "Nəticədə qısa müddətli sel yaranıb və kəndlərdə əsasən təsərrüfatlara ziyan dəyib. Mazıx kəndində 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın ikimərtəbəli evin birinci mərtəbəsinə su dolub, təsərrüfata ziyan dəyib. Hadisə zamanı Dəliçayın üzərindən keçən Mazıx kənd sakininə məxsus “VAZ 2106” markalı maşını sel körpüdən çaya aşırıb, xəsarət alan olmayıb".
İ.Şəfizadə bildirib ki, rayonun daha bir neçə kəndində - Böyük Tala, Mamrux, Höytala, Yolayrıc, Maqov və digər kəndlərdə təsərrüfata ziyan dəysə də, xəsarət alan olmayıb: "Kəndlərə elektrik enerjisi və qazın verilməsi dayandırılmışdı. Artıq həmin ərazilərə qaz və elektrik enerjisinin verilişi bərpa olunub, evlər sudan təmizlənib".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












