Zaqatalada avtomobil yolunun tikintisinə 11 milyon manat ayırıldı
Gündəm
29 Noyabr 2018 19:30

Prezident İlham Əliyev bu haqqda sərəncam imzalayıb
Prezident İlham Əliyev Zaqatala rayonunun Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla on yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxunub : 768
DİGƏR XƏBƏRLƏR
19 Oktyabr 2026 10:30
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
19 Oktyabr 2026 09:24
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
19 Oktyabr 2026 08:34
Bu yollarda tıxac VAR - SİYAHI
18 Oktyabr 2026 13:46
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
18 Oktyabr 2026 12:44
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
18 Oktyabr 2026 09:17
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
17 Oktyabr 2026 14:00
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
17 Oktyabr 2026 13:14
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
ŞƏRH YAZ












