Zavoddan oğurluq edən mühafizəçinin məhkəməsi başlayır

Bakıda zavoddan oğurluq etməkdə təqsirləndirilən Rəşad Əzizov, Samir Mürsəlov və Şahin Şıxəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ceyhun Qədimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, oğurluq hadisəsi bu il Bakının Suraxanı rayonunda baş verib. Rayonun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən, “ATEF Şirkətlər Qrupu” MMC-yə məxsus zavoddan 120 kiloqram mis külçələr oğurlanıb. Daha sonra oğurluq hadisəsində şübhəli bilinən Bakı sakinləri R.Əzizov və S.Mürsəlov saxlanılıblar. Əməliyyat tədbirləri ilə onların həmin zavodda mühafizəçi işləyən paytaxt sakini Ş.Şıxəliyevlə birgə müxtəlif vaxtlarda zavoddan 575 kiloqram mis məmulat oğurladıqları da müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə Ş.Şıxəliyev də saxlanılıb.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












