Zavoddan yüksələn qatı tüstü səmanı bürüyüb - VİDEO

Paytaxtın Sabunçu rayonunda zavodların birindən atmosferə qara tüstü atılır. Qəsəbə sakinləri deyirlər ki, bu mənzərə hər gün müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, nazirliyin əməkdaşları həmin zavoda ən qısa zamanda baxış keçirəcəklər. Zavoddan yüksələn qatı tüstü səmanı bürüyüb. Üstəlik ərazidə yaşayış məntəqəsi və məktəb var.
Bu kadrlar ərazidə yaşayan sakin tərəfindən çəkilərək votsap nömrəmizə göndərilib.
Araşdırma zamanı məlum oldu ki, həmin qatı tüstü Sabunçu rayonu, Balaxanı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan Təcrübə-Sınaq və Təmir Zavodundan yüksəlib. Qəsəbə sakini Sərkar Əsədov deyir ki, bu mənzərə hər gün səhər saatlarında yaşanır. Problemin səbəbini araşdırmaq üçün əvvəlcə sakinlərin narahatlığına səbəb olan zavoda getdik. Məlum oldu ki, zavodun ərazisində müəyyən bir hissə tol və dəmir istehsalı ilə məşğul olan şirkətlərə icarəyə verilib. Qara tüstü də elə bu müəssisələrdən çıxır.
Həmin müəssisələrdə çəkiliş apardığımız zaman qarşılaşdığımız mənzərə bizi daha da təəccübləndirdi. Havaya buraxılan qatı tüstü müəssisələrin işçilərini də tanınmaz etmişdi. İşçilərin xüsusi geyimi olmamaqla yanaşıtəhlükəsizlik tədbirlərinə dəəməledilmirdi...
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova bildirdi ki, nazirliyin əməkdaşları həmin zavoda ən qısa zamanda baxış keçirəcək. Ərazinin atmosfer havasından nümunələr götürüləcək. Əgər atmosferə normadan artıq tullantının atılması müəyyən edilərsə,zavod barəsində qanuna müvafiq tədbirlər görüləcək. Kənd Təsərrüfatı Nazirliyindən isə bildirildi ki, nazirlikdə artıq aidiyyatı üzrə məsələ araşdırılır.Yalnız tam şəkildə araşdırma aparıldıqdan sonra tədbirlər görüləcək.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












