Zəlzələ Azərbaycanın şimal-qərb bölgəsində fəsadlar törədib – FOTO + VİDEO

Ötən gün axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində 6 maqnituda gücündə baş verən zəlzələ Qax rayonunda fəsadlar törədib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Zaqatala ilə sərhəddə yerləşən Güllük kəndində yeraltı təkanlar daha çox hiss olunub. Zəlzələ nəticəsində bəzi tikililərdə və evlərdə çatlar əmələ gəlib, həmçinin kiçik sahibkarlıqla məşğul olan şəxslərə ziyan dəyib. Güllük kənd icra nümayəndəsi İlqar Məmmədovun "Report"a verdiyi məlumata görə, idarəyə bəzi tikililərdə çatların əmələ gəlməsi ilə bağlı məlumatlar daxil olub:
"Hazırda gecə saatları olduğu üçün çatların əmələ gəldiyi evlərin dəqiq sayını demək mümkün deyil. Ancaq əhali növbəti təkanların ola biləcəyindən qorxaraq evlərə girə bilmir. Səhər saatlarında daha ətraflı məlumat əldə edəcəyik".
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
















