Zəlzələ nəticəsinadə 3 ev qəzalı vəziyyətə düşüb, 150-yə yaxın tikilidə çatlar yaranıb

Lerik, Lənkəran və Astara rayonlarında zəlzələ nəticəsində 150-yə yaxın evdə çatlar yaranıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, avqustun 28-də Lerik rayonunda baş verən 5.1 bal gücündə zəlzələ nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində rayon fövqəladə hallar komissiyalarına müraciətlər daxil olub. Ümumilikdə, Lerik rayonunda 50-yə yaxın tikilidə kiçik və orta həcmli çatlar yaranıb. Ziyan dəyən evlərin əksəriyyəti köhnə, çiy kərpicdən olan tikililərdir. Lənkəran rayonunda isə rəsmi məlumata görə 100-ə yaxın evə ziyan dəyib. Rayonun dağlıq yaşayış ərazilərində üç ev qəzalı vəziyyətə düşüb. Ən çox Rvo kənd inzibati dairəsinin Rvo, Mollakənd, Əşlə, Şovu kənd inzibati dairəsinə məxsus olan Siyablı, Şovu, Türkəkəran, Diryan, İstisu qəsəbəsindəki evlərə ziyan dəyib. Bundan başqa, Astara rayonunda Lerik rayonu ilə qonşu olan dağ kəndlərində - Ovala, Miki, Siyəkü - 20-yə yaxın tikilidə irili-xırdalı çatların yaranması barədə xəbər verilib. Hazırda rayon fövqəladə hallar komissiyaları işini davam etdirir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












