Zəlzələdə yüzlərlə maşının "karopka"sı sıradan çıxdı - SƏBƏB

Ötən gün İstanbulda baş verən zəlzələdən sonra yüzlərlə avtomatik sürətlər qutusu ilə təchiz olunmuş avtomobil yolda qalıb.
Avtosfer.az xəbər verir ki, İstanbulda 23 aprel 2025-ci il tarixində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra yüzlərlə avtomobilin sürətlər qutusu sıradan çıxıb.
Saat 12:49-da qeydə alınan yeraltı təkanlar evlərdə, iş yerlərində və məktəblərdə olduğu kimi, nəqliyyatda da xaosa səbəb olub. E-5 kimi tanınan D-100 magistralında avtomobillərin kapotlarının açıq şəkildə yol kənarında qaldığı görüntülər sosial mediada diqqət çəkib.
Əsasən avtomatik sürətlər qutusu ilə təchiz olunmuş avtomobillərdə yaranan nasazlığın səbəbi isə bəlli olub. Mütəxəssislərin sözlərinə görə zəlzələ anında sürücülər təşvişə düşərək avtomobildən düşüb uzaqlaşıblar. Avtomobillər isə sürət rejimində işlək vəziyyətdə qalıb. Bu isə mühərrik və sürətlər qutusunun uzun müddət hərəkətsiz qalaraq həddindən artıq qızmasına, nəticədə nasazlıq yaranmasına səbəb olub.
Avtomobil mütəxəssisləri bu cür vəziyyətlərdə soyuqqanlı davranmağı, əgər gözləmə uzanacaqsa, sürətlər qutusunu 'N' (neytral) və ya 'P' (park) rejiminə keçirməyi tövsiyə edirlər. Onların fikrincə, bu, həm avtomobili qoruyar, həm də təhlükəsizlik baxımından daha doğrudur.(milli.az)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












